Ru
Bakı
USD
EUR
GBP
RUB

“Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşa nümayiş olunacaq

news photo

16.09.2019 21:00 // Cəmiyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi sentyabrın 28-də balaca teatrsevərlər üçün isveçli dramaturq, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında səhnələşdirilən “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşanı təqdim edəcək.

Youthportal.az xəbər verir ki, balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həlli, teatrın quruluşçu rejissoru Anar Məmmədova məxsusdur.

Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.

Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandıracaq

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi