Ru
Bakı
USD
EUR
GBP
RUB

Pilot peşə təhsili müəssisələri üçün maliyyə vəsaiti ayrılıb

news photo

24.05.2019 11:55 // Təhsil

“Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf indikator olaraq müəyyən edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, 4 pilot peşə təhsili müəssisəsinin - Texnika və Texnologiyalar, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərinin, Bərdə və Cəlilabad peşə liseylərinin təmiri, tikintisi və tam yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb.

Xatırladaq ki, iqtisadiyyatın prioritet istiqamətləri, işəgötürənlərin tələbləri və dövlət peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb və əmək bazarında tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrlar hazırlaya biləcək 10 pilot peşə təhsili müəssisələri seçilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərə bilməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulub. Bu istiqamətdə görülən işlər çərçivəsində müasir standartlara cavab verən Qəbələ Peşə Təhsil Mərkəzi artıq istifadəyə verilib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi