Ru
Bakı
USD
EUR
GBP
RUB

Pilot peşə təhsil mərkəzlərində xidmət sahəsində çalışanlar üçün təlimlər keçirilib (FOTO)

news photo

09.12.2019 16:08 // Təhsil

Pilot peşə təhsil mərkəzlərinin yerləşdiyi rayonlarda Dövlət Turizm Agentliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində xidmət sahəsində çalışan işçilər üçün təlimlər keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, təlimlər kiçik və orta sahibkarlıq subyektlərinin inzibati heyəti, ofisiantlar, mehmanxana qeydiyyatçıları üçün təşkil olunub. Təlimin proqram və məzmunu xarici ekspertlərin müşayiəti ilə pilot peşə məktəblərinin təlimçiləri tərəfindən hazırlanıb və həyata keçirilib.

Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi