Ru
Bakı
USD
EUR
GBP
RUB

Pianoçu Elçin Şirinov Bakıda konsert verəcək

news photo

18.06.2019 15:02 // Cəmiyyət

İyunun 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Əməkdar artisti, pianoçu Elçin Şirinovun caz kvarteti konsert proqramı ilə çıxış edəcək.

Youthportal.az xəbər verir ki, Goethe-Zentrum Bakının təşkilatçılığı ilə reallaşacaq konsertdə populyar caz-hitlər səsləndiriləcək.

Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi