Ru
Bakı
USD
EUR
GBP
RUB

“Pətək” İctimai Birliyi “Sağlam davranış” layihəsi çərçivəsində keçirilən sərgi-müsabiqənin qaliblərini mükafatlandırıb

news photo

23.05.2018 17:47 // Gənclər üçün

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə həyata keçirdiyi “Sağlam davranış” layihəsi çərçivəsində keçirilən sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi olub.

Youthportal xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova tədbir iştirakçılarına layihə barədə məlumat verib. O bildirib ki, 8 aydır davam edən layihə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 50 ümumtəhsil məktəbində, “Damla” İctimai Birliyində, o cümlədən pilot olaraq ilk dəfə regionda - Lənkəran şəhərinin 10 məktəbi və uşaq evində həyata keçirilib: "Bakı şəhəri və bölgə üzrə 5115 şagird bu layihənin təqdimatlarını dinləyib".

"Pətək" İB-nin Layihələr şöbəsinin rəhbəri Xuraman Əsgərova isə vurğulayıb ki, layihənin ümumtəhsil məktəblərində həyata keçirilməsində məqsəd davranış qaydalarının təbliği, maarifləndirmə işinin təşkili, uşaqların hərtərəfli, düzgün inkişaf etmiş, milli-mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında məktəblərə, valideynlərə və cəmiyyətə dəstək olmaqdır.

Sonda qaliblərə və fərqlənənlərə qiymətli hədiyyələr, diplomlar, məktəb direktorları və koordinatorlarına təşəkkürnamələr, simvolik hədiyyələr təqdim olunub.

Tədbirdə həmçinin nominasiyalar üzrə qalib gələn məktəblərin tamaşaları və video-çarxları da təqdim edilib.

Qeyd edək ki, müsabiqəyə qatılan şagirdlər mövzuya uyğun olaraq “Məktəbdə dekorativ guşə”, “Videoçarx”, “Tamaşa” və “Ətrafa faydalı olaq” nominasiyaları üzrə yarışıblar. Ümumilikdə, 21 məktəb qaliblər siyahısında yer alıb. 

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi