Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşəyönümü işinin təbliği istiqamətində tədbirlər davam edir

news photo

17.05.2019 11:38 // Təhsil

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.

Peşə Təhsil Mərkəzindən Youthportal.az-a bildirilib ki, peşəyönümü işinin təşkili və təbliği ilə əlaqədar olaraq bu gün Xətai rayonunda yerləşən 204 nömrəli tam orta məktəbin bir qrup şagirdi mərkəzdə ekskursiyada olub. Mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi