Ru
Bakı
USD
EUR
GBP
RUB

“Peşəni peşəkarlardan öyrənək” mövzusunda gənclər üçün təlim kursu başlayıb

news photo

19.12.2017 13:28 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, təlimlərin təşkili sahəsində ixtisaslaşmış “Business Management School” MMC-nin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Peşəni peşəkarlardan öyrənək - gənclər üçün insan resurslarının idarə edilməsi təlimi” layihəsi çərçivəsində təlim kursuna başlanılıb.

Gənclər Fondundan Youthportal-a bildirilib ki, “World Business Center”də keçirilən “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim üç moduldan ibarətdir. Təlim kursunun təşkilində əsas məqsəd insan resursları sahəsində gənc mütəxəssislər hazırlamaq, müvafiq sahə barədə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirmək, gənclərimizin insan resurslarının idarə olunması sahəsində təlim ehtiyaclarının ödənilməsinə dəstək vermək, peşəkar HR-ların praktiki təcrübələrini gənclərə öyrətmək, gənclərin gələcəkdə məşğulluq probleminin həllinə töhfə vermək və əmək qanunvericiliyini gənclərə peşəkar səviyyədə təqdim etməkdir.

“Atəşgah” Sığorta Şirkətinin insan resursları sahəsində təcrübəli mütəxəssisi və peşəkar təlimçi Şamo Mürşüdovun təqdimatında “İşə qəbul və seçim mərhələləri” modulu ilə start götürən təlimdə 60-ya yaxın gənc iştirak edib. Təlim müasir texniki vasitələr və innovativ metodlarla həyata keçirilib. İştirakçılar təlim materiallarını əks etdirən kitablarla təmin olunub.

Ceyhun Abbasovun rəhbərliyi ilə keçirilən layihə “İşçilərin motivasiya sistemi” və “Əmək Məcəlləsi, işçi və işəgötürənin hüquqları” təlim modulları ilə davam etdiriləcək.

Təlim kursuna dekabrın 23–də yekun vurulacaq.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi