Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşəkar Tennis Assosiasiyası qadın tennisçilərin yeni reytinq siyahısını açıqlayıb

news photo

13.06.2019 12:52 // İdman

Peşəkar Tennis Assosiasiyası (ATP) iyunun 12-də qadın tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb.

Youthportal.az xəbər verir ki, siyahıya 6486 xalla yaponiyalı Naomi Osaka başcılıq edir. “Roland Garros” turnirin qalibi olan avstraliyalı Eşli Barti ATP-nin yeni reytinqində altı pillə irəliləyərək 6350 xalla ikinci yerdə qərarlaşıb. Çexiyalı Karolina Plişkova isə bir pillə geriləyərək 5685 xalla üçüncü yerdə qərarlaşıb.

İlk onluğun digər pillələrində müvafiq olaraq, hollandiyalı Kiki Bertens (5345), çexiyalı Petra Kvitova (4925), almaniyalı Angelik Kerber (4675), ukraynalı Elina Svitolina (3967), rumıniyalı Simona Xalep (3963), amerikalı Sloan Stivens (3682) və Belarus təmsilçisi Arina Sobolenko (3565) yer alıblar.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi