Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib (FOTO)

news photo

23.04.2019 09:48 // Təhsil

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzlərinin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, Xidmətin Regional Peşə Tədris Mərkəzlərinin, həmçinin Təhsil Nazirliyinin peşə təhsili müəssisələrinin müəllimlərinin iştirakı ilə peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib.

ƏƏSMN-dən TYouthportal.az-a verilən məlumata görə, təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” regional proqramının dəstəyi ilə təşkil edilib.

Beş gün davam edən təlimdə iştirakçılara kənd təsərrüfatı üzrə “İstixana operatoru” və “İntensiv bağçılıq üzrə işçi” ixtisaslarının tədrisi üçün hazırlanmış səriştə əsaslı kurikulum və təlim modullarının tətbiqinə dair metodologiya öyrədilib. Həmin kurikulum və təlim modulları üzrə hazırlanmış təlim materialları gələcəkdə məşğulluq orqanları tərəfindən işaxtaran və işsizlər şəxslər üçün təşkil olunacaq peşə hazırlığı prosesində istifadə olunacaq.

Yekunda iştirakçılara təlim kursunu bitirmələri barədə sertifikatlar verilib.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi