Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə “Elm və texniki layihə” sərgisində iştirak edib

news photo

12.11.2019 12:31 // Təhsil

Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlim iştirakçıları İzmir şəhərində təşkil olunan “Elm və texniki layihə” sərgisində iştirak ediblər.

Xatırladaq ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul və İzmir şəhərlərində təşkil olunub.

Liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi planlaşdırılan 2-12 həftəlik təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin ixtisasartırılmasıdır.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi