Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

news photo

28.12.2017 16:29 // Cəmiyyət

Dekabrın 29-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Youthportal. az xəbər verir ki, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Diaqnostik qiymətləndirmə dekabrın 29-da saat 10.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcəkdir.

Cari il ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Bakı, Gəncə və Qəbələdə yerləşən 34 ilk peşə-ixtisas təhsili müəssisəsi şəbəkəsinin rasionallaşdırılması həyata keçirilib və 14 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi