Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə təhsili müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

news photo

21.12.2018 10:16 // Təhsil

Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək.

Diaqnostik qiymətləndirmə saat 11.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Namizədlərdən imtahan keçiriləcək ünvana ( 5 nömrəli Bakı Peşə Liseyinin binası, Məhsəti küçəsi, 3) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi