Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə təhsili ilə bağlı Apelyasiya Komissiyası 18 nömrəli Bakı Peşə Liseyində fəaliyyət göstərəcək

news photo

11.09.2019 10:43 // Təhsil

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, Apelyasiya Komissiyası 18 nömrəli Bakı Peşə Liseyində (ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A ) təşkil ediləcək. Vətəndaşlar komissiyaya sentyabrın 11-dən 13-dək saat 10:00-18:00 arasında şəxsiyyəti təsdiqləyən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.

Qəbul iki mərhələdən ibarət olub. Birinci mərhələ avqustun 5-dən 20-dək davam edib. Bu müddət ərzində 11 min namizədin müraciəti qeydə alınıb, namizədlərdən 8 min 808 nəfəri qəbul olunub. İkinci mərhələdə - avqustun 28-dən sentyabrın 5-dək 5 min 500 nəfər qeydiyyatdan keçib, onlardan 3 min 754-ü müsabiqədə uğur qazanıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi