Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə Təhsil Mərkəzinin tələbələri ölkəmizi beynəlxalq müsabiqədə təmsil ediblər (FOTO)

news photo

10.06.2019 12:27 // Təhsil

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan tələbəsi Fatimə Qurbanova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan tələbəsi Naim İsgəndərov Azərbaycanı beynəlxalq peşə müsabiqəsində təmsil ediblər.

BDPTM-dən Youthportal.az-a bildirilib ki, Çin Xalq Respublikasının Çonçin şəhərində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində “Birgə inkişaf və peşə bacarığı üzrə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq peşə müsabiqəsi 7 gün davam edib.

Müsabiqə “Worldskills” beynəlxalq təşkilatının üzvlərini və “Bir kəmər, bir yol” layihəsinin əhatə etdiyi ölkələrin iştirakçılarını bir araya gətirib.

Xatırladaq ki, 18 ixtisas istiqamətini əhatə edən müsabiqədə Azərbaycan ilk dəfə təmsil olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi