Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə Təhsil Mərkəzində təlim: gənclərin sahibkarlıq bilikləri artırılır

news photo

06.12.2019 12:01 // Təhsil

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Sahibkarlığa doğru addımlar” layihəsi çərçivəsində 2 günlük maarifləndirici təlim keçirilib.

Peşə Təhsil Mərkəzindən Youthportal.az-a bildirilib ki, layihənin məqsədi gənclərin sahibkarlıq biliklərinin artırılmasına, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi və ölkənin aparıcı biznes adamları ilə əlaqənin qurulmasına kömək göstərməkdir.

Tədbirdə mərkəzin tələbələri və müəllimləri iştirak ediblər.

Təlimçi Elvin Dadaşsoy tədbirin ilk günü layihə haqqında məlumat verib. İkinci gün isə təlimçi “Swot təhlili”, “4P konsepsiyası”, “Bazar seqmentasiyası”ndan bəhs edib və tələbələr arasında yarış keçirib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi