Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə Təhsil Mərkəzində keçirilən “Startap günləri” yekunlaşıb (FOTO)

news photo

22.04.2019 14:26 // Təhsil

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılan “Startap günləri” yekunlaşıb.

Peşə Təhsil Mərkəzindən Youthportal.az-a bildirilib ki, tədbirdə öncə gənc startapçılar üçün mentor təlimi keçirilib. Sonra isə ekspertlər 5 startap komandasının hazırladığı layihələri qiymətləndiriblər.

Sonda ekspertlərin səs çoxluğu ilə 3 komanda qalib elan olunub. Qaliblərə diplom, sertifikat və hədiyyələr təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Semral Əliyev, Azərbaycan İnternet Forumunun eksperti Rüstəm Həsənov, Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rəşad Əliyev, Sərvər Cəfərov, Camal Eminov, “Sinam” şirkətinin nümayəndəsi Fuad Salmanov iştirak ediblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi