Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə Təhsil Mərkəzində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub (FOTO)

news photo

04.12.2019 18:27 // Təhsil

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunan tədbir keçirilib.

Peşə Təhsil Mərkəzindən Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan mərkəzin dil və ədəbiyyat müəllimi Fatimə Tağıyeva yubileyin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini qeyd edib. Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində böyük iz qoyan, ana dilinin qorunması və inkişafı uğrunda bütün həyatı və yaradıcılığı boyu çalışmış Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.

Mərkəzin tələbələri Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Anamın kitabı”, “Ölülər” əsərlərindən epizodlar nümayiş etdiriblər.

Tədbirdə dramaturqun həyat və yaradıcılığını əks etdirən video nümayiş olunub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi