Ru
Bakı
USD
EUR
GBP
RUB

Peşə Təhsil Mərkəzi təlimlərə başlayıb

news photo

24.04.2019 10:48 // Təhsil

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi çərçivəsində təlimlər başlanıb. Təlimlər “Fəaliyyətyönümlü öyrənmə və tədris”, “Şirkətdaxili təlimçilərin təlimi”, “Peşə məktəbləri və sənaye müəssisələri arasında əlaqələrin yaradılması” istiqamətlərini əhatə edir.

Peşə Təhsil Mərkəzindən Youthportal.az-a bildirilib ki, təlimdə almaniyalı ekspert Gebhard Haferin iştirakı ilə müzakirələr aparılacaq.

Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi