Ru
Bakı
USD
EUR
GBP
RUB

Pekinin sürətli avtomobil yolunda robot-polis sınaqdan çıxarılıb

news photo

25.10.2017 14:07 // Dünyada

Pekin yol polisi sürət şosesində qanunsuz parklama və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.

Youthportal.az  “Belta” resursuna istinadən xəbər verir ki, qurğu Pekinin “Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan böyüklüyündə və çəkisi 20 kiloqrama yaxın olan robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla, 5-8 saat işləyə bilir.

Robot polis qanunsuz parklamanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto-video çəkilişlərini aparır. Bundan başqa, yol-nəqliyyat hadisələri səbəbindən yolda tıxac yaranarkən robot özünü dərhal qəza yerinə çatdırır və hadisə yerindən fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə tıxaclar, qəzalar, yollarda aparılan təmiri işləri və pis hava şəraiti haqqında səsli xəbərdarlıq da göndərə bilir.

Pekin yol polisi bu robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürət şoselərində də istifadə etməyi planlaşdırır.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi