Ru
Bakı
USD
EUR
GBP
RUB

Pedaqoji Universitetdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

news photo

10.12.2019 12:10 // Təhsil

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin vəfatından 16 il keçir. Xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi Prezident İlham Əliyevə həvalə etməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, Ulu Öndərin qətiyyəti və uzaqgörən siyasəti sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. O, Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirib.

Sonra “Əbədi Lider” adlı sənədli film nümayiş etdirilib və Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya təqdim edilib.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi