Ru
Bakı
USD
EUR
GBP
RUB

Pedaqoji Universitetdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

news photo

13.12.2019 10:44 // Təhsil

Dekabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

ADPU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımızın böyük oğlu, türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 16 il keçir. Ulu öndər Heydər Əliyev öz yenilməz iradəsi, qətiyyəti, müdrikliyi ilə bütöv şəxsiyyət idi. Görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirməklə onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salınır, əziz və unudulmaz xatirəsi hörmətlə yad edilir, gördüyü möhtəşəm işlərin əhəmiyyəti minnətdarlıqla xatırlanır. Dahi siyasətçinin şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla inkişaf etdirərək Azərbaycanı dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin banisi adlandırılması təsadüfi deyil. Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələrin çətinliyini, mürəkkəbliyini xatırlayanda, Azərbaycanı bəlalardan qurtaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının tarixi əhəmiyyəti bəlli olur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilib və sosial-iqtisadi vəziyyət yaxşılaşdırılıb. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər olub. Müasir müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malikdir.

Daha sonra Tarix və coğrafiya fakültəsinin tələbəsi Taleh Mirzəyev ulu öndər Heydər Əliyevin tələbə-gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə tələbələr ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi