Ru
Bakı
USD
EUR
GBP
RUB

Paytaxt məktəblisi qızıl medal qazanıb (FOTO)

news photo

01.07.2019 14:05 // Bizim istedadlar

Paytaxt məktəblisi Avropa Çempionatında yunan-Roma güləşi üzrə I yeri tutub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, İtaliyanın Faenza şəhərində yeniyetmələr arasında keçirilən Avropa Çempionatında Bakı şəhəri 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı yunan-Roma güləşi üzrə yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub.

İstedadlı güləşçi macar rəqibini 50, bolqar rəqibini 34, latviyalı rəqibini 24 və finalda rus rəqibini 68 saniyəyə məğlub edib. O, finalda rusiyalı rəqibinə 10:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, 16 yaşlı Fərid Sadıxlı güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. On yaşından güləş idman növü ilə məşğuldur. Bu günə kimi 20-yə yaxın diplom, 10 medal və 1 kubok ilə təltif olunub. Boş vaxtlarında həvəskar kimi üzgüçülük və basketbol idman növləri ilə məşğul olur.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi