Ru
Bakı
USD
EUR
GBP
RUB

Paytaxt məktəbliləri QİÇS-in fəsadları barədə məlumatlandırılıb (FOTO)

news photo

02.12.2019 14:20 // Təhsil

Paytaxt məktəblərində Dünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal.az-a bildirilib ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində Dünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir, konfrans, dəyirmi masa və mühazirələr təşkil edilib. Həmçinin şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, stend və guşələr hazırlanıb.

Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirlərdə məktəblilərə Dünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Dünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.

Həmçinin ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi