Ru
Bakı
USD
EUR
GBP
RUB

Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar (FOOPaytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir (FOTO)

news photo

15.11.2019 14:43 // Bizim istedadlar

Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, qurumun tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 82 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Sənan İsgəndərzadə universal döyüşün layt növü, X sinif şagirdi Kənan İsgəndərzadə isə klassik növü üzrə Ukraynada keçirilən dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıblar. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

Paytaxtdakı 311 nömrəli tam orta məktəbin I sinif şagirdi Gülnaz Şərifova Gürcüstanda gimnastika üzrə beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Həmçinin 164 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəna Fətəliyeva da Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. O, qızıl medal və diplomla mükafatlandırılıb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi