Ru
Bakı
USD
EUR
GBP
RUB

Paytaxt məktəbliləri Avropa çempionatından qələbə ilə qayıdıblar (FOTO)

news photo

11.02.2019 16:00 // İdman

Paytaxt məktəbliləri Avropa çempionatından qalibiyyətlə qayıdıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal.az-a bildirilib ki, bu qurumun tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Tale Yaqubov karate üzrə 14-15 yaşlılar arasında Danimarkada keçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Yarışın nəticələrinə əsasən, qızıl medalla mükafatlandırılan T.Yaqubov bu qələbəsi ilə ikiqat Avropa çempionu adını qazanıb.

Yarışda qalib gələn digər idmançı isə 187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminağa Quliyevdir. Ə.Quliyev 61 kiloqram çəki dərəcəsində 16-17 yaşlılar arasında karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalib məktəbli qızıl medalla təltif olunub.

Qeyd edək ki, çempionatda müxtəlif yaş dərəcələri üzrə 51 ölkədən 1.092 idmançı mübarizə aparıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi