Ru
Bakı
USD
EUR
GBP
RUB

Paris Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə ediləcək

news photo

21.06.2019 15:44 // Dünyada

Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə olunacaq. 

Youthportal.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib. 

Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.

Qeyd edək ki, layihə Paris aeroportu (ADP) tərəfindən Paris-Burje beynəlxalq aeronavtika və fəza sərgisində təqdim edilib. Uçan taksiləri qəbul edəcək aeroportun adı ilin sonunda açıqlanacaq. Nəqliyyat vasitəsi üçün portun tikilişi 18 aya və 10 milyon avroya başa gələcək. Layihənin reallaşması məqsədilə Paris aeroportu artıq Fransanın "Airbus" şirkəti ilə əməkdaşlığa başlayıb.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi