Ru
Bakı
USD
EUR
GBP
RUB

Paris Notr-Dam kilsəsinin təmiri gələn ilin sonunda başlaya bilər

news photo

29.11.2019 19:39 // Dünyada

Paris Notr-Dam kilsəsinin təmiri binanın inşaatçılar üçün ümumi təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi səbəbindən 2020-ci ilin sonundan tez başlamayacaq.Youthportal.az AZƏRTAC istinadla xəbər verir ki, bunu Fransanın Mədəniyyət naziri Frank Riester yerli telekanala müsahibəsində bildirib. Kilsənin rekonstruksiyasının başlanacağı vaxtla bağlı sualı cavablandıran nazir deyib: “2020-ci ilin sonunda – 2021-ci ilin əvvəlində. Niyə bundan əvvəl başlamayacaq? Çünki hər şeydən əvvəl Notr-Damın təhlükəsizliyini təmin etmək lazımdır”. O qeyd edib ki, apreldə baş vermiş yanğından sonra ətrafa səpələnmiş taxta parçalarını təmizləmək, konstruksiyaların möhkəmliyini artırmaq lazımdır. Nazir əlavə edib ki, bütün bu işlər 2020-ci ilin yazında başa çatdırılacaq. Eyni zamanda, binanın bərpası üzrə layihələr seçiləcək. Lakin Riester binanın əvvəlki görkəminin bərpa olunacağı və ya daha müasir konstruksiya yaradılacağı məsələsinə aydınlıq gətirməyib. Nazir çıxışının sonunda bildirib ki, “Notr-Damı əvvəlki kimi əsrarəngiz görmək istəyir”.

Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron Parisin əsas görməli məkanlarından birinin rekonstruksiya işlərini beş ilə başa çatdırmağa çağırmışdı. Lakin fəhlələrin təhlükəsizliyi mülahizələri, habelə damın üzərindəki qübbənin əriməsi nəticəsində kilsənin ərazisinə tökülmüş qurğuşunun sağlamlığa zərər verəcəyi və yanğından sonra konstruksiyaların möhkəmliyinin yoxlanılması səbəbindən təmir işləri təxirə salınıb.

Bundan başqa, Fransa cəmiyyətində kilsənin əvvəlki görkəminin bərpası və ya onun damının və şpilinin müasir üslubda rekonstruksiyası ətrafında qızğın diskussiyalar aparılır. Fransa Prezidentinin kilsənin yanğından sonra bərpası işlərinə nəzarət etməyi tapşırdığı general Jan-Lui Jorjelen ümidvar olduğunu bildirib ki, bütün bu məsələlər 2021-ci ilədək öz həllini tapacaq.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi