Ru
Bakı
USD
EUR
GBP
RUB

Paralimpiyaçılarımız Tunisdə keçirilən Qran-Pridə 6 qızıl medal qazanıblar

news photo

01.07.2019 16:11 // İdman

Paraatletika üzrə Azərbaycan milli komandası Tunisdə keçirilən beynəlxalq Qran-Pri turnirində uğurlu çıxışını davam etdirir.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, daha üç idmançımız fəxri kürsünün birinci pilləsində qərarlaşıb. T12 kateqoriyasında uzunluğa tullanma üzrə qadınların yarışında Yelena Çebanu 5,21 metrlik nəticə ilə yarışların qızıl medalına layiq görülüb. Kişilər arasında uzunluğa tullanma yarışında (T11) Elçin Muradov 6,48 metrlik nəticə ilə birinci yeri təmin edib. Qadınlar arasında 200 metr məsafəyə qaçış yarışında (T12) idmançımız Y.Çebanu 24,99 saniyə nəticə ilə Qran-Prinin qalibi adını qazanıb.

Digər idmançılarımızdan nizəatma yarışlarında Elvin Astanov 20,08 metrlik nəticə ilə ikinci yeri tutub. Sprint qaçışı yarışında (T11) 200 metr məsafəni 24,98 saniyəyə qət edən Nurlan İbrahimov da gümüş medala layiq görülüb. Daha bir gümüş medalı isə uzunluğa tullanma yarışında (T12) 6,80 metrlik nəticə göstərən Səid Nəcəfzadə ölkəmizin aktivinə yazdırıb.

Xatırladaq ki, bundan əvvəl idmançılarımız 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıblar. Beləliklə, paralimpiyaçılarımızın qazandıqları medalların sayı 13-ə (6 qızıl, 6 gümüş, 1 bürünc medal) çatıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi