Ru
Bakı
USD
EUR
GBP
RUB

Paracüdo üzrə Azərbaycan komandası Avropa çempionatında 10 medal qazanıb

news photo

29.07.2019 14:05 // İdman

Paracüdo üzrə Azərbaycan komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatında 10 medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, çempionatda 1 qızıl, 4 gümüş və 5 bürünc medala sahib olan komandamız medal sayına görə ikinci yerdə qərarlaşıb.

Qızıl medalı ölkəmizin aktivinə qadınların yarışında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova yazdırıb. Sevda Vəliyeva (57 kq) və Dürsədəf Kərimova (70 kq) gümüş, Səbinə Abdullayeva (52 kq) bürünc medallara layiq görülüblər.

Kişilərin yarışında Bayram Mustafayev (66 kq) və İlham Zəkiyev (+100 kq) Avropa çempionatında yalnız finalda uduzaraq gümüş medallarla kifayətlənməli olublar. Bürünc medalları isə ölkəmizə Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (83 kq) və Kənan Abdullaxanlı (100 kq) yazdırıblar.

İdmançılarımız bu nailiyyət sayəsində “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılmaq şanslarını daha da möhkəmləndiriblər.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 20 dəfə pozuldu

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi