Ru
Bakı
USD
EUR
GBP
RUB

Pakistanın Iqra Universitetində Azərbaycanla bağlı məruzə dinlənilib

news photo

07.05.2018 21:49 // Siyasət

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Iqra Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan: tarixi keçmişi və müasir reallıqlar” mövzusunda məruzə ilə çıxış edib.

Səfir Azərbaycanın tarixi, ərazisi, əhalisi, quruluşu, qədim Azərbaycan dövlətləri, bu il 100 illik yubileyi tamam olan, müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, atributları, dövlətçiliyi, parlamenti, ordusu, beynəlxalq aləmdə tanınması, mövqeyi və fəaliyyəti haqqında tələbələrə geniş məlumat verib. Ermənistanın Azərbaycana təcavüzünün, azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarının qədim tarixinin olduğunu bildirən Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan əhalisinin bu soyqırımları ilə üz-üzə qaldığını və böyük qurbanlar verdiyini qeyd edib.

Səfir müasir dövrdə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini, havadarlarının dəstəyindən istifadə edərək zaman-zaman torpaqlarımızda qırğınlar törətdiyini vurğulayıb. Diplomat Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin xalqımıza daim arxadan zərbə vuraraq torpaqlarımızı zəbt etdiyini, böyük qırğınlar həyata keçirdiyini, 30 mindən çox günahsız azərbaycanlını-qoca, qadın, uşaqları qətlə yetirdiklərini, işğal olunmuş torpaqlarımızda İslam aləminə, milli irsimizə və mədəniyyətimizə aid bütün abidələri, məscidləri, tikililəri dağıtdığını və ya təhqirə məruz qoyduğunu bildirib.

Səfir BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinin get-gedə daha da sərtləşdiyini bildirib, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Ə.Əlizadə Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, sürətlə inkişaf etdiyini, ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində bir çox dövlətləri, xüsusən də Ermənistanı bütün sahələrdə dəfələrlə üstələdiyini, dünya miqyasında söz sahibi olan dövlətə çevrildiyini diqqətə çatdırıb. Səfir müasir Azərbaycanın xarici siyasəti, dünya dövlətləri, eləcə də dost Pakistan İslam Respublikası ilə əlaqələri haqqında da danışıb, ölkələrimiz arasında əməkdaşlığın durmadan inkişaf etdiyini bildirib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda mütəmadi olaraq həyata keçirilən humanitar və sosial layihələr haqqında məlumat verib.

Əli Əlizadə müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, nailiyyətləri, həyata keçirdiyi nəhəng layihələr, nəqliyyat dəhlizləri, mədəniyyəti, elmi, incəsənəti və turizm potensialı haqqında da söhbət açıb, tələbələrin suallarına cavab verib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi