Ru
Bakı
USD
EUR
GBP
RUB

“Özünü təqdim et” lahiyəsi çərçivəsində istedadlı və yaradıcı tələbələrin təqdimatı keçirilib (FOTO)

news photo

02.12.2019 11:25 // Gənclər üçün

29 noyabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecdə “Özünü təqdim et” lahiyəsi çərçivəsində Lənkəran Şəhər Gənclər İdman idarəsinin dəstəyi ilə Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı tərəfindən istedadlı və yaradıcı tələbələrin təqdimatı keçirildi. 

Lənkəran Şəhər Gənclər İdman idarəsindən Youthportal.az-a bildirilib ki, tədbirdə Kollecin direktoru dos. R.Həmidov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları:Mehman Əliyev, Əli Nurullayev, kollecin direktor müavini Ülviyyə Rzayeva, müəllimlər t.ü.f.d. C.Quliyev, F.Salayev, F.Əbilov, T.Abbasov, E.Əsgərov, sayt üzrə mütəxəssis A.Axundzadə LDHK TGT–nın üzvləri iştirak edirdilər.

Tədbirdə çıxış edən kollecin direktoru Ruslan Həmidov tədbir iştirakçılarını salamladı, layihənin gedişatına uğurlar arzuladı.O həəmçinin bu istiqamətdə tədbirlərin kollecdə davamlı olaraq keçirlməsində maraqlı olduqlarını vurğuladı.Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Əliyev layihənin cənab prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" dövlət Proqramının icrasını təmin etmək rayonda ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşçkilatları və ictimai-fəal gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirildiyni vurğuladı.Sonra Kollecin TGT sədri Sumarə Bağırzadə lahiyələr barədə auditoriyanı məlumatlandırdı və lahiyə təqdim edən tələbələri təqdimata dəvət etdi. Kollecin tələbələri Elza və Güldanə “Yanar bulaq kompleksi”, Elnarə və Lalə “Sosial medya”, Elanora və Nərmin “Musiqi və rənglərin əlaqəsi”, Məmmədəli “Azərbaycanda ilk kontarkultura”, Fidan “Musiqinin gözəlliyi, piano aləti”, Elnur “Bayağı musiqi və professional musiqinin fərqi”, Jalə “Məişət zorakılığı” mövzusunda lahiyələrini təqdim etdilər. Sonda bir qrup müəllim və tələbəyə Gənclər İdman İdarəsinin diplomları tədim edildi.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi