Ru
Bakı
USD
EUR
GBP
RUB

"Özünü ifadə et” adlı Bloggerlik və Vloggerlik Məktəbi layihəsi başa çatıb (FOTO)

news photo

30.11.2019 17:34 // Gənclər üçün

“Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun 12-ci qrant müsabiqəsi çərçivəsində “Özünü ifadə et” adlı Bloggerlik və Vloggerlik Məktəbi layihəsinin icrasını uğurla başa vurmuşdur.

İctimai birlikdən Youthportal.az-a bildiirlib ki, layihə çərçivəsində 12 Noyabr – 26 noyabr 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Humanitar Kollecində gənclərə peşəkar, blog və vlog sahəsində təcrübəli blogger və vloggerlərin iştirakı ilə seminarlar təşkil olunmuşdur.

Layihənin həyata keçirilməsində məqsəd sosial media və bloggerlik fəaliyyəti ilə bağlı gəncləri təlimatlandırmaq və onlardan internet medianın imkanlarından faydalı şəkildə istifadə edən faydalı gənclər kimi formalaşdırmaq, habelə, gənclərin bloggerliyə və vloggerliyə marağını yaratmaq, gənclərin fikirlərini sərbəst şəkildə və milli mənəvi dəyərlər çərçivəsində ifadə etməyə dəstək göstərmək olmuşdur

Layihə çərçivəsində gənclərə internet media, bloqçuluq, sosial şəbəkələr mövzusunda təlimlər keçirilmiş, gənclərə internet medianın texniki tərəfləri, bloq yaratmaq və tanıtmaq işi öyrədilmişdir. Seminarlarda sosial etika, sosiallaşma, milli və mənəvi dəyərlər, bloq nədir, nə üçün yazmaq lazımdır, bloq yazmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli) mövzuları haqqında proqramlardan ibarət təlimlər keçirilmişdir.  

Qeyd olunduğu kimi, layihə çərçivəsində ilk seminar 12-13 noyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində, 14-15 noyabrda Bakı Turizm Peşə Məktəbində, 21-22 noyabrda  Bakı Dövlət Universitetində, 22 noyabrda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında, son olaraq 26 noyabrda Bakı Humanitar Kollecində keçirilmişdir. Hər seminarda 50-dən çox gənc iştirak etmişdir. Ümumilikdə sözügedən layihə 400-dən çox gənci əhatə etmişdir. Layihə müddətində mövzu üzrə biliklərin daha geniş kütləyə çatdırılması üçün 1000-dən çox buklet və broşurlar paylanılmışdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi