Ru
Bakı
USD
EUR
GBP
RUB

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

news photo

22.06.2018 10:53 // Gənclər üçün

Sabunçu Gənclər Evi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubleyi münasibətilə 21-27 iyun tarixlərində “Özünlə başla!” layihəsinə start verir. Yay məktəbində 45 gənc iştirak edir. Sabunçu Gənclər Evində təşkil edilən yay məktəbinin əsas məqsədi gənclərdə müxtəlif səriştələri formalaşdırmaqdır. 

Təşkilatdan Youthportal.az-a bildirilib ki, tədbirin ilk günündə Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova yay məktəbini açıq elan edərək, iştirakçılara gənclər evinin fəaliyyəti haqqında məlumat verib uğurlar arzuladı. Sonra layihənin rəhbəri Aygün Həsənzadə layihənin məqsəd və vəzifələri haqqında məlumatlandırdı.

Dəvət edilmiş peşəkar təlimçilər - Anar Məmmədov, Müqalib Mahmudov, Nabil Seyidov, Nəzakət İsayeva, Elmar Məlikov tərəfindən həftə boyunca davam edəcək yay məktəbində gəncləri ixtisas seçiminin əhəmiyyəti, sosial hüquqlar, sağlam qidalanma və gigiyena, ətraf mühitin mühafizəsi, təkrar emal haqqında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı iştirakçılara, onlarlı inkişaf etdirəcək faydalı, intellektual və əyləncəli oyunlar, təqdimatlar, qrup işləri təşkil olunacaq.

 

Yay məktəbi ərzində Ümummilli lider Heydər Əliyev irsinin təbliği, turizm mədəniyyətini formalaşdırmaq üçün Heydər Əliyev muzeyinə, Azərbaycan Xalq Cümhuriyyətinin və müasir mədəni tarixi həyatındaki mühim hadisələri əks etdirən eksponatlarla tanışlıq üçün Azərbaycan İstiqlal muzeyinə ekskursiya təşkil edilməsi nəzərdə tutulub. 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi