Ru
Bakı
USD
EUR
GBP
RUB

Öz-özünə hərəkət edən velosipedlər dövrü gəlir

news photo

10.04.2018 18:29 // Dünyada

Şəhər daxili kommunikasiyanı yeni üsullarla daha mükəmməl edən texnologiyalardan bəhs edərkən 3D çap üsulu ilə hazırlanmış sürücüsüz avtobusları qeyd etməliyik. Yaxın günlərdə isə Google Hollandiya, dünyanın velosiped paytaxtı olan Amsterdamda yaxın aylarda bazara çıxarılacaq dünyanın ilk öz-özünə gedən velosipedini təqdim etdi.

Youthportal technote.az-a istinadən bildirir ki, Amsterdamda yaşayanlar ildə ortalama 900 km velosiped sürür və bu da eyni zamanda ildə təxminən 350.000 qəza deməkdir. Yenilik gətirəcək velosipedlər Amsterdam sakinlərinə təhlükəsiz səyahət etmək imkanı vəd edir. İstifadəsi də olduqca sadədir. Velosiped sahib olduğu GPS texnologiyası sayəsində sizi istədiyiniz nöqtəyə daşıya bilir. Yeganə etməli olduğunuz şey velosiped ilə bluetooth sayəsində əlaqə quran bir mobil tətbiqdən gedəcəyiniz nöqtəni işarələmək və səyahətdən zövq almaqdır. Uşaqlara xüsusi bir modeli də olan velosipedin qiymətinin nə qədər olacağıyla bağlı hal-hazırda açıqlama yoxdur. İnnovasiya möcüzəsi olan bu velosiped haqqında ətraflı məlumat almaq üçün aşağıdakı videonu izləyə bilərsiniz:

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi