Ru
Bakı
USD
EUR
GBP
RUB

Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək

news photo

19.09.2019 12:33 // Cəmiyyət

Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan kinosu günləri” keçiriləcək.

Youthportal.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq.

Tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin tanınmış simaları, müxtəlif ölkələrin Özbəkistana akreditə olunmuş diplomatları, kino sahəsinə dair Daşkənddəki ali məktəblərin mütəxəssisləri və tələbələri, yerli azərbaycanlılar, jurnalistlərin iştirakı nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə keçirilən kino günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfiin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammatrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammatrajlı sənədli filmləri nümayiş etdiriləcək.  

Tədbirlə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssislərinin Özbəkistana səfəri nəzərdə tutulub. Azərbaycanlı mütəxəssislərin “Azərbaycan kinosu günləri” nin rəsmi açılış mərasimində, habelə “Özbəkkino” Milli Agentliyində, müxtəlif tədris müəssisələrində görüşləri, mətbuat konfransı, təqdimatlarda iştirakı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan kinematoqrafçıları tərəfindən son illərdə çəkilən və beynəlxalq festivallarda mükafatlara layiq görülən filmlərə Özbəkistanda böyük maraq vardır.

Filmlərin bəziləri Nizami Gəncəvi adına Daşkənd Dövlət pedoqoji Universiteti,  paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində, Daşkənd vilayəti Almalıq rayonunda, habelə Səmərqənd şəhərində göstəriləcək.       

Azərbaycanın kino sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində bu sahənin aktual problemlərinə dair master-klasların keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi