Ru
Bakı
USD
EUR
GBP
RUB

Özbəkistan jurnalında ölkələrimiz arasındakı dostluq əlaqələrinə dair məqalə dərc edilib

news photo

19.09.2017 18:29 // Siyasət

<p>Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Tarix və təlim” elmi jurnalında bu ali məktəbin professoru Erkin Nuriinovun özbək dilində “Özbəkistan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində bu ölkə liderlərinin rolu” adlı məqalə dərc edilib.</p>

<p>Yazıda iki dövlət arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük xidmətləri olduğu bildirilir. Qeyd edilir ki, xalqlarımızı din, dil, mədəniyyət və adət-ənənələrimizin eyniliyi birləşdirir.</p>

<p>Vurğulanır ki, bu gün ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətləri Prezident Şavkat Mirziyayev və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.</p>

<p>Məqalədə Özbəkistanda yaşayan Azərbaycan diasporu haqqında da məlumat verilir, deyilir ki, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə, Azərbaycanın və Özbəkistanın Xalq Artisti, Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru Firudin Səfərov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynov və digər tanınmış azərbaycanlılar özbək mədəniyyətinin və incəsənətinin inkişafında yaxından iştirak ediblər.</p>

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi