Ru
Bakı
USD
EUR
GBP
RUB

"Öz Şəhərini Dəyiş" layihəsi üçün qeydiyyat başlayıb

news photo

05.09.2019 14:50 // Gənclər üçün

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində Öz Şəhərini Dəyiş (ÖŞD) üçün müraciətləri qəbul edir.

Youthportal.az xəbər verir ki, Öz Şəhərini Dəyiş (ÖŞD) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər gənc qadına sosial iştirakçılıq və layihə idarəetməsi barədə lazımi bilik və bacarıqları vermək məqsədi daşıyır. ÖŞD ümumilikdə iki dalğada həyata keçiriləcək. Hər dalğada uyğun olaraq 40 iştirakçı seçiləcəkdir.

ÖŞD iştirakçıları sosial iştirakçılıq, yerli icmalara töhfə verilməsi üçün layihə yazılması və idarə edilməsi ilə bağlı mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz layihə ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.

Öz Səsini Kəşf Et proqramının məqsədi gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarını yaxşılaşdırmaq üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək: Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

Son müraciət tarixi 15 sentyabr olan layihəyə 18-30 yaş arasında, Bakı və Sumqayıtda yaşayan qadınlar qeydiyyatdan keçə  bilər.

Qeyd edək ki, layihə bir oktabr tarixində başlayacaq və üç ay davam edəcək.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur. (https://forms.gle/7ekmA1scYnQXBqzDA ) Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: fismayilova@idealab.az

Telefon: +994 12 4372944Mobil: +994 50 2254525

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi