Ru
Bakı
USD
EUR
GBP
RUB

“Oxu, Öyrən və Qalib ol” layihəsi keçirilmişdir (FOTO)

news photo

07.01.2019 17:41 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsində qalib olmuş “Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışması çərçivəsində ilk təlim baş tutmuşdur. 

Youthportal.az xəbər verir ki, təlimdə layihənin seçilmiş 35 gənci iştirak etmişdir.“Natiqlik və nitq mədəniyyəti” adlı təlimdə natiqlik sənətinin incəlikləri, karyeranın artırılmasında natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan düzgün istifadə etmək və bu kimi mövzular iştirakçıların nəzərinə çatdırılmışdır. İştirakçıların mövzu çərçivəsində fikirləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. 

Təlimin ikinci hissəsinə qatılan iştirakçılara gələcək karyeralarında atmalı olduqları 10 ən vacib addım əyani formada izah edilmişdir. Gənclərin bədii və elmi ədəbiyyata (xüsusilə Azərbaycan ədəbiyyatına) marağın artırılması, natiqlik qabiliyyətinin inkişafı üçün intonasiya, davranış tərzi, jestlər, mimikaların mühüm rol oynamasını, təqdimat bacarıqlarını inkişaf etdirəcək, təqdimatın növləri, mərhələləri, strukturu, təqdimat etmək qorxusu, effektiv təqdimat hazırlamaq üçün addımların öyrədilməsi nəzərdə tutulmuşdur.Sonda iştirakçılarla xatirə şəkili çəkilmiş və növbəti baş tutacaq təlim haqqında məlumat verilmişdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi