Ru
Bakı
USD
EUR
GBP
RUB

“Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışmasının final mərhələsi və bağlanış mərasimi keçirilmişdir

news photo

15.02.2019 17:41 // Gənclər üçün

2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olmuş “Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışmasının final mərhələsi və bağlanış mərasimi baş tutmuşdur.

Youthporta.az xəbər verir ki, tədbirdə layihənin final mərhələsinə keçmək şansı qazanmış 10 iştirakçı çıxış etmiş və münsif heyəti tərəfindən ən yaxşı təqdimat edən iştirakçının seçilməsi üçün qiymətləndirmə aparılmışdır. Finalda çıxış edən gənc iştirakçılar püşkatma zamanı seçdikləri kitabın təqdimatını aparmaqla, kitabda başverən hadisələri, kitabın müəllifi və məzmunun barədə geniş məlumat vermişlər. Sonda ən yaxşı 3 təqdimat edən gənc iştirakçı mükafatlandırımışdır. Layihə zamanı təşkil edilən təlimlərdə iştirakına görə bütün işirakçılara sertifikat təqdim olunmuşdur. Yekun olaraq xatirə şəkili çəkilmiş və layihəyə yekun vurulmuşdur.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin bədii və elmi ədəbiyyata (xüsusilə Azərbaycan ədəbiyyatına) marağın artırılması, natiqlik qabiliyyətinin inkişafı üçün intonasiya, davranış tərzi, jestlər, mimikaların mühüm rol oynamasını, təqdimat bacarıqlarını inkişaf etdirəcək təqdimatın növləri, mərhələləri, strukturu, təqdimat etmək qorxusu, effektiv təqdimat hazırlamaq üçün addımların öyrədilməsi olmuşdur.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi