Ru
Bakı
USD
EUR
GBP
RUB

“Övladınızı təhsilə etibar edin” videoçarxı ilə III yerə çıxan Kənan Səmədov: “Əziz valideynlər, qızınızı erkən nikaha yox, təhsilə etibar edin” (MÜSAHİBƏ)

news photo

17.08.2018 13:47 // Bizim istedadlar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” layihəsi həyata keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini insan hüquqlarının qorunmasına cəlb etmək və gənclərin insan hüquqları ilə bağlı biliklərinin artırmaqdan ibarət olmuşdur. “Gənclik” onlayn radiosunun aparıcısı, müsabiqədə üçüncü yerə laiq görülmüş Kənan Səmədov Youthportal.az-ın ünvanladığı sualları cavablayıb. Müsahibəni təqdim edirik:

Özünüz haqqında məlumat verin

Hal-hazırda Sabirabad şəhər Aran Muğan bölgəsinin ilk onlayn radiosu olan -“Gənclik” radisounun aparıcısı Kənan Səmədov . Artıq 2 ildir ki, radio aparıcısı kimi fəaliyyət göstərirəm .

1995 ci ildə Bakı  şəhərində dünyaya gəlmişəm. Təhsilim Mühasibat uçotu üzrə olsa da ixtisasım üzrə çalışmağı heç vaxt düşünməmişəm. Radio aparıcılığı ilə yanaşı, qısametrajlı  videoçarx ssenarist rejissor kimi karyerama davam etmək istəyirəm. Hazırki işim məni xoşbəxt edir  və məmnunluğ duyuram.

Layihə haqqında məlumatı hardan əldə etdiniz və qərar verdiz ki mən bu layihədə iştirak etməliyəm?

“İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” haqqında iş yerimdə, gənclər mərkəzində eşidəndə məna yüklü bir neçə xatirələr məni alıb xəyali bir səyyahətə çıxardı (İnsan hüquqları). Niyə  qərar aldım ki, bu layihədə iştirak etməliyəm?! Əgər bir neçə hüquqları əlindən alınmış insanın həyatına müsbət nələrisə bağışlamaşamsa nə xoş mənə. Əsil səbəbim bax elə bu məsələ idi.

Hazırladığınız qısametrajlı videoçarx haqqında nə deyə bilərsiniz?

Hazırladığım videoçarx  təhsil hüququ və erkən nikahdan bəhs edirdi. Bir yeniyetmənin həyatının oğurlanması və məhv olmasını izləmək məni həqiqətən üzürdü. Burada əsas şüar -“Əziz valideyinlər, qızınızı erkən nikaha yox, təhsilə etibar edin” idi.

Layihə çərçivəsində keçirilən təlimlər nə kimi yeni informasiyalar, biliklər qazanmağınıza səbəb oldu?

Təlimlər çox yaxşı təsir bağışladı. Mən Gənclər İdman Nazirliyi və "MZ Production" nın birgə təşkilatı ilə baş tutmuş layihəni həqiqətən alqışlayıram. İnsan hüquqları ilə bağlı  mövzular çərçivəsində layihələrin, müsabiqələrin sıx keçirilməsinin tərəfdarıyam.

Sonunda isə oxuyuculara tövsiyyəniz...

Gənclərə məsləhətim odur ki, bu cür marifləndirici təlimlərdən və müsabiqələrdən uzaq qalmasınlar. “Maariflən ki, maarifləndir”. Youthportal.az saytına uğurlar arzu edirəm!

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi