Ru
Bakı
USD
EUR
GBP
RUB

Ötən gün İstanbulda yeni hava limanının açılışı oldu(FOTO)

news photo

30.10.2018 11:43 // Dünyada

İstanbul şəhərində yeni hava limanının açılış mərasimi keçirilib.

Youthportal.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turxan, parlamentin spikeri Binəli Yıldırım iştirak edib.

Açılış mərasimindəki çıxışında prezident Rəcəb Tayyib Ərdoğan yeni aeroporta "İstanbul" adını qoyub.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

"Türkiyə Hava Yolları"nın baş direktoru Bilal Ekşi yeni aeroportdan ilk uçuşun ölkə daxilində Ankaraya, xaricdə isə Azərbaycana və Şimali Kiprə yerinə yetiriləcəyini deyib.

İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.

Yeni hava limanı ümumilikdə 76,5 milyon kvadratmetrlik ərazini əhatə edir. Aeroportun tikintisinə və xidmətə hazır vəziyyətə gətirilməsinə 6 milyard avro vəsait xərclənib.

Hava limanının digər etaplarının açılması isə sərnişin artımından asılı olaraq 2023-cü ilə qədər tamamlanmalıdır. Özəl sektorlar vasitəsi ilə inşa edilən aeroportun tikintisi başa çatdıqdan sonra o, 6 müstəqil qalxma-enmə zolağı, 500 təyyarə tutumu, 70 min avtomobil üçün nəzərdə tutulan açıq və qapalı dayanacaq və ildə 200 milyon sərnişin həcmi ilə dünyanın ən böyük hava limanı olacaq.

İlk mərhələdə hər gün 5 uçuş və 5 enişin planlaşdırıldığı hava limanında ilk daxili reys oktyabrın 31-də Ankaraya, ilk xarici reys noyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə həyata keçiriləcək.

Noyabrın 8-də isə İstanbulun yeni aeroportundan Azərbaycana uçuş baş tutacaq.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi