Ru
Bakı
USD
EUR
GBP
RUB

“Oskar”a namizədlər açıqlanıb

news photo

14.01.2020 10:58 // Cəmiyyət

ABŞ-ın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası (AMPAS – Academy of Motion Pictures Arts and Scinces) növbəti “Oskar” mükafatına namizədlərini açıqlayıb.

Youthportal.az RT-yə istinadən xəbər verir ki, film dərəcəsində namizədlər arasında “İrlandiyalı”, ”Ford” “Ferrari”yə qarşı”, “Joker”, “Dovşan Coco”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir gün …Hollivudda”, “Parazitlər” yer alıb.

Mükafata kişi aktyorlar arasında Antonio Banderas (“Acı və Şöhrət” filmində), Leonardo Di Kaprio (“Bir gün …Hollivudda”), Joakin Feniks (“Joker”), Adam Driver (“Evlilik hekayəsi”), Conatan Prays (“İki Papa”), qadın aktyorlar arasında Skarlett Yohansson (“Evlilik hekayəsi”), Sinti Erivo (“Harriet”), Sirşa Ronan (“Balaca qadınlar”), Şarliz Teron (“Sürpriz”), Rene Zellveger (“Cudi”), rejissorlardan isə Quentin Tarantino (“Bir gün …Hollivudda”), Martin Skorseze (“İrlandiyalı”), Todd Filips (“Joker”), Sam Mendez (“1917”), Bonq Cun-ho (“Parazitlər”) namizəd göstərilib.

Qeyd edək ki, sayca 92-ci “Oskar” mükafatlarının təqdimat mərasimi fevralın 9-da ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi