Ru
Bakı
USD
EUR
GBP
RUB

“Oskar” mükafatının növbəti təqdimetmə mərasiminin vaxtı açıqlanıb

news photo

24.04.2019 13:50 // Dünyada

Amerikanın “Oskar” kino mükafatının növbəti, 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da Los-Anceles şəhərindəki “Dolby Theatre” teatrında keçiriləcək.

Youthportal.az AZƏRTAC-a istinadla xəbər verir ki, mərasimin 25 ölkədə və ərazidə canlı yayımlanacağı gözlənilir. Bundan başqa, təşkilatçılar kino mükafatının reqlamentinə bir sıra dəyişikliklər ediləcəyini bildiriblər.

“Xarici dildə ən yaxşı film” (Foreign Language Film) kateqoriyasının adı “Beynəlxalq bədii film” (International Feature Film) adlandırılacaq. Kateqoriyanın adının dəyişdirilməsi mövcud qaydalara, ərizələrin göndərilməsinə və ya ixtisas tələblərinə təsir etməyəcək.

Reqlamentdə edilən dəyişikliklərə əsasən “Beynəlxalq bədii film” mükafatına namizədlərin siyahısı 10 filmə qədər genişləndirilir, “Qrim və saç düzümü” kateqoriyasında nominasiya filmlərinin sayı üçdən beşədək, siyahı isə 7-dən 10-dək artırılır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi