Ru
Bakı
USD
EUR
GBP
RUB

Oqtay Əsədov: Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

news photo

14.12.2018 10:31 // Siyasət

Dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik, sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfələrini verə bilərlər.

Youthportal.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər: “Əminəm ki, məhz yeni dünya nizamının formalaşmasında gənclər mühüm rol oynamalıdırlar. Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb edilirlər”.

Spiker qeyd edib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı, gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər”.

O.Əsədov Parlamentlərarası İttifaqın bu mötəbər toplantısının Bakıda keçirilməsinin Azərbaycanın siyasi həyatında çox önəmli bir hadisə olduğunu diqqətə çatdırıb: “Mən inanıram ki, Qlobal konfransda 5 qitəni, 44 ölkəni təmsil edən gənc parlament üzvləri Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan barəsində dolğun və ətraflı məlumat alacaq, müxtəlif mədəniyyətlərin Vətəni olan ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar”.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi