Ru
Bakı
USD
EUR
GBP
RUB

Opera və Balet Teatrında “Viva opera” adlı qala- konsert olacaq

news photo

06.12.2019 13:25 // Cəmiyyət

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sənət ocağının aparıcı solistlərinin iştirakı ilə “Viva opera” adlı qala-konserti keçiriləcək.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, konsertdə Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin teatrın xor kollektivi çıxış edəcək.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərlərinə müraciət olacaq.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi