Ru
Bakı
USD
EUR
GBP
RUB

Opera və Balet Teatrı ilin ilk premyerasına hazırlaşır

news photo

08.01.2019 18:03 // Cəmiyyət

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş “Dahi hekayəçi” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, yanvarın 26-da nümayiş olunacaq balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Baletdə teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları, heç şübhəsiz, uşaqlar və onların valideynlərinin xoşuna gələcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi