Ru
Bakı
USD
EUR
GBP
RUB

"Olimpiya Hərəkatı - 2017" davam edir (FOTO)

news photo

27.03.2017 16:38 // İdman

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində rayondaxili yarışlar davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, rayondaxili yarışlarda Bakı şəhərindən 294, regionlardan isə 112 məktəb olmaqla, ümumilikdə 406 məktəb iştirak edir.

Qarşılaşmalar 5 idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Mart ayının əvvəllərindən start götürən rayondaxili yarışlar iyun ayına qədər davam edəcək.

Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi