Ru
Bakı
USD
EUR
GBP
RUB

Oğuz Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalına hazırlaşır

news photo

27.11.2019 18:15 // Cəmiyyət

Azərbaycanın milli musiqi alətləri özünəməxsus cəhətləri ilə fərqlənir. Öz ifa xüsusiyyətləri ilə xalqımızın şüurunda milli dəyərlərimizə, azərbaycançılıq ruhuna məhəbbət hissi aşılayan milli musiqi alətlərimiz musiqi mədəniyyətimizdə xüsusi yer tutur.

Milli musiqi mədəniyyətimizi daha geniş təbliğ etmək məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə noyabrın 30-da Oğuz şəhərində Milli Musiqi Alətləri İfaçılarının Yaradıcılıq Festivalı keçiriləcək.

Regional İdarədən bildiriblər ki, festivalın keçirilməsində əsas məqsəd ifaçılıq sənətini inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaq, milli musiqi alətlərimizin qocaman ifaçılarının zəngin təcrübəsini təbliğ etmək və yaymaqdır.

Festivalda Regional İdarənin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının musiqi kollektivləri, ifaçılar iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi