Ru
Bakı
USD
EUR
GBP
RUB

Ödənişli Tələbə Təcrübə proqramına qeydiyyat başlayıb

news photo

10.09.2019 16:12 // Gənclər üçün

NR Academy özünü inkişaf etdirmək və iş təcrübəsi qazanmaq istəyən tələbələr üçün Ödənişli Tələbə Təcrübə proqramı elan edir. 

Youthportal.az xəbər verir ki, proqramın məqsədi tələbə gəncləri NR Academy-nin fəaliyyətinə cəlb etməklə, onların real iş mühitində təcrübə əldə etmələrinə və şəxsi inkişaflarına şərait yaratmaqdır. 

Seçim mərhələsi 2 turdan ibarət olacaq. Birinci mərhələdə seçim CV-lər əsasında aparılacaq. İkinci mərhələdə isə müsahibə yolu ilə proqrama seçilən tələbələr müəyyən ediləcək. 

Proqramda iştirak üçün yeganə və xüsusi tələb:

- Müraciətçi tələbələr öyrənməyə və çalışmağa həvəsli olmalı.

Proqramın üstünlüyü:

• Dərs vaxtlarınıza uyğun yarımgünlük iş qrafiki

• Proqram müddətində müəyyən ehtiyaclarınızı qarşılayacaq ödənişin olması

• Nəzəri biliklərinizi təcrübədə istifadə imkanı

• Müstəqilliyin və səlahiyyətlərin verilməsi

Əldə edəcəkləriniz:

• Real iş mühitində təcrübə (layihə və proqramların idarə edilməsi və s.)

• Kollektiv işləmə bacarığı

• Şəxsi inkişaf

• Proqram müddətində təlimlərdə pulsuz iştirak

• Proqram müddətində kurslarda güzəştli iştirak

• Proqramı bitirdiyinizə dair sertifikat

• NR Academy-dən rəy (reference)

• NR Academy-də iş imkanı

Proqramda iştirak üçün öz CV-lərinizi şəkillə birlikdə 25 sentyabr 2019-cu il tarixinədək e-mail-in mövzu hissəsində “Təcrübə Proqramı” yazaraq office@nracademy.az ünvanına göndərə bilərsiniz.

Ünvan:

BDU-nun yanı, Megacity Kompleksi, Z.Xəlilov küçəsi 26

(055) 802 50 76

(051) 802 50 76

📧 office@nracademy.az

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi