Ru
Bakı
USD
EUR
GBP
RUB

O, Mənim Qəhrəmanımdır üçün qeydiyyat başlayıb

news photo

05.09.2019 13:33 // Gənclər üçün

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində O, Mənim Qəhrəmanımdır(OMQ) üçün müraciətləri qəbul edir.

Youthportal.az xəbər verir ki, "O, Mənim Qəhrəmanımdır" Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər gənc qadına vizual hekayələrin yaradılması üçün lazımlı praktiki bacarıqları öyrətmək, video çarx və foto nümunələri hazırlamalarına dəstək vermək məqsədi daşıyır. OMQ ümumilikdə iki dalğada həyata keçiriləcək. Hər dalğa üçün uyğun olaraq 40 iştirakçı seçiləcək.

Proqramın iştirakçıları yerli icmalardan seçdikləri qadınlar haqqında vizual hekayələrin(foto və video nümunələri) yaradılması üçün lazım olan mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra iştirakçılar komandalar şəklində mentorların dəstəyi ilə öz ideyalarını inkişaf etdirərək video çarx və foto nümunələrini təqdim edəcəklər.

Öz Səsini Kəşf Et proqramının məqsədi Azərbaycanda gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarına töhfə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək: Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər iki dalğada, hər birində 40 nəfər olmaqla həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

Son müraciət tarixi 15 sentyabr olan layihəyə 18-30 yaş arasında, Bakı və Sumqayıtda yaşayan qadınlar qeydiyyatdan keçə  bilər.

Qeyd edək ki, layihə bir oktabr tarixində başlayacaq və üç ay davam edəcək.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur. Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək. ( https://forms.gle/qmG7uwyicqSY9rr17 )

Ətraflı məlumat üçün əlaqə vasitələri qeyd olunmuşdur.

Email: fismayilova@idealab.az

Telefon: +994 12 4372944Mobil: +994 50 2254525

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi